Əfqanıstanda bir qrup terrorçu məhv edilib.

0
166

“Taliban” Əfqanıstanın Bəlx əyalətinin Çimtəl qəzasına təyin etdiyi “başçı” və bir qrup yaraqlı məhv edilib.

 

Terefsiz.az saytı “İnterfax”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında qəzanın “başçı”sı Qul Nəbi Mübarizin olduğu karvan müəyyənləşdirilərək aviazərbə endirilib. Nəticədə Q.N.Mübariz və daha 14 talib məhv edilib, daha 20 yaraqlı da yaralanıb.

Məlumata görə, silahlılar ətrafdakı səsvermə məntəqələrinə hücumlar hazırlayırmış.

Xatırladaq ki, Əfqanıstanda bu gün prezident seçkiləridir.

Terefsiz.az