Əfqanıstan prezidentinin çıxışı zamanı TERROR: 14 nəfər öldü

0
199

Bu gün Əfqanıstanın Parvan vilayətində partlayış törədilib.

Terefsiz.az -nın xəbərinə görə, bu barədə “Tolo News” məlumat yayıb.
Bildirilib ki, partlayış Əfqanıstan Prezidenti Əşrəf Qaninin seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı, Prezident çıxış edərkən baş verib.
Partlayış nəticəsində Ə.Qani xəsarət almasa da, 14 nəfər həyatını itirib.
Terror aktına görə, məsuliyyəti hələlik kimsə üzərinə götürməyib.
Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.