Həbibin növbəti döyüşünün vaxtı açıqlandı

0
37

UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı məlum olub.

Terefsiz.az xəbər verir ki, 31 yaşlı idmançı, amerikalı Toni Ferqussonla qarşılaşacaq. Nyu-Yorkda təşkil olunacaq UFC turniri çərçivəsində keçiriləcək döyüş, aprelin 18-də baş tutacaq.

Nurməhəmmədov keçirdiyi 28 döyüşdə məğlub olmayıb, Ferqusson isə 25 döyüşdə 3 dəfə məğlub olub.