Britaniyada rekord miqdarda heroin tutuldu

0
55

Böyük Britaniya hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə -1,3 ton heroin ələ keçiriblər.

Terefsiz.az xəbər verir ki, narkotiklərin ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən (247 milyon manat) çoxdur.

Narkotiklər Felikstouv limanında “MV Gibraltar” konteynerində tapılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları əvvəlcədən müəyyən ediblər ki, narkotik daşıyan gəmi Antverpenə yollanır, Britaniya adasında isə müvəqqəti dayanacaq edəcək.

Gəmini yoxlayan zaman dəsmal və xalatlara bükülmüş heroin aşkar olunub.